Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edildi - YENİLƏNİB - FOTOLAR - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edildi - YENİLƏNİB - FOTOLAR

Cəmiyyət A- A A+
Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.
 
Ednews report-a istinadən xəbər verir ki, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
 
A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
 
Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.
 
 
*10:50
 
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.
 
Ednews apa-ya istinadən xəbər verir ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib.
 
Şəhid əsgərlə doğulduğu evdə keçirilən vida mərasimində yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edir.
 
Şəhid Anar Kazımov Qaracəmilli kənd qəbiristanlığında dəfn olunacaq.
 
Anar Kazımov 4 ay əvvəl hərbi xidmətə yollanıb.
 
Allah rəhmət eləsin!

 

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...