"Cümə namazlarında Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənildi" - Dövlət Komitəsi - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

"Cümə namazlarında Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənildi" - Dövlət Komitəsi

Cəmiyyət A- A A+
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələri əsasında məscidlərdə Cümə namazlarında xütbə zamanı avqustun 4-də Azərbaycanın Britaniyadakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması, dövlət atributlarına qarşı vandalizm aktı törədən qrup üzvlərinin binanın eyvanında şüarlar yazılmış parçaların asılması, radikal dini şüarlar səsləndirməsi qətiyyətlə pislənilib.
 
Ednews-in Dövlət Komitəsinin Mətbuat xidmətindən əldə etdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə din xadimlərinin şəxsi təşəbbüsləri ilə bir sıra məscidlərdə dövlət bayrağının asılması ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur və bu təşəbbüs Komitə tərəfindən daim dəstəklənir
 
“Bu gün bunu bir çox məscidlərimizdə müşahidə edə bilərsiniz. Belə ki, Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə dövlət bayrağı dalğalanır. Sözügedən nümunəvi addımı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dəstəkləməklə yanaşı, həm də təşviq edir”, - Dövlət Komitəsindən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...