Xalq artisti Arif Babayev Şuşaya gedib.
Ednews Bizim mediaya istinadən xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.
Aparıcı sənətkar və onun həyat yoldaşı Gültəkin xanımla çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşıb.
"Muğam sənətimizin qocaman ustadı Arif Babayev də ömrünü bir kinolenti kimi gözləri önündən keçirdi Şuşada. Doğma vətən torpağında gördüyü insanları, dinlədiyi ustadları xatırladı. Kövrəldi, göz yaşlarına hakim ola bilmədi sənətkar" - deyə, Hacı Nuran yayımladığı şəkillərə şərh yazıb.