Şəmkirə leysan yağdı - 2 nəfər sudan çıxarıldı - ednews.net

7 Oktyabr, Cümə

(+994 50) 229-39-11

Şəmkirə leysan yağdı - 2 nəfər sudan çıxarıldı

Cəmiyyət A- A A+
Şəmkirdə leysan yağışlar nəticəsində sel yaranıb.
 
Ednews xəbər verir ki, dünən axşam saatlarından başlayaraq Qərb bölgəsində leysan xarakterli yağış yağıb.
 
Şəmkirin İrmaşlı kəndinə yağan leysan yağışdan sonra əraziyə sel gəlib, təbii hadisə zamanı iki nəfər ehtiyatsızlıqdan sel sularına düşüb. Onlar ətrafdakı sakinlərin köməyi ilə sudan çıxarılıblar.
 
Xəsarət alan 2005-ci il təvəllüdlü Ş.Məmmədova və daha bir nəfər hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım briqadasının maşınları ilə xəstəxanaya aparılıblar. Report.az-ın məlumatına görə, bölgədə yağıntılı hava şəraiti davam edir, Gəncədə və ətraf rayonlara dolu düşüb, ildırım çaxır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...