Babadağda həlak olan şəxsin meyiti hələ tapılmayıb - FHN - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Babadağda həlak olan şəxsin meyiti hələ tapılmayıb - FHN

Cəmiyyət A- A A+
Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qalaraq sonradan sağ tapılan şahidlərin - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və Xudaverdiyev Emil Aqil oğlunun göstərdikləri buzlu yarğanların içinə və ətrafına xilasedicilər tərəfindən baxış keçirilib və orada həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti aşkar olunmayıb.
 
FHN-dən Ednews-a verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində, buzlu yarğanlarda və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir.
 
Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
 
Əlavə məlumat veriləcək. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...