Hərbi diktor, ifaçı da birdəfəlik ödəniş aldı - FOTOLAR - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Hərbi diktor, ifaçı da birdəfəlik ödəniş aldı - FOTOLAR

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən Ednews-a verilən məlumata görə, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir.
 
Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək - 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.
 
Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir.
 
Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir.
 
Bu barədə daha ətraflı məlumatı linkə daxil olmaqla öyrənmək olar.
 
Birdəfəlik ödəmə ilə təmin olunanlar arasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı da var.
 
1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...