Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olundu - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olundu

Cəmiyyət A- A A+
Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub. 
 
“Azərbaycan Dəmir Yolları” QSC-dan Ednews-a bildirilib ki, “ADY Konteyner” şirkəti ilə “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib. Bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib. 
 
Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınır.
 
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən qatar Ələt limanından Qazaxıstanın Aktau limanına “Barıs” fider gəmisi vasitəsilə çatdırılıb. Daha sonra Qazaxıstan ərazisi ilə Çinə istiqamət götürüb. 
 
Konteynerlərdən səmərəli istifadə olunması məqsədilə bir müddət əvvəl ölkəmizin ərazisinə bişmiş karbon anod bloklarının gətirildiyi konteynerlərə yaşıl neft koksu yüklənərək emal üçün yenidən Çinə göndərilib. 
 
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...