"Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir" - Allahşükür Paşazadə - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

"Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir" - Allahşükür Paşazadə

Cəmiyyət A- A A+
"Bu gün Aşura günündə mənimlə bərabər, digər dinlərinj nümayəndələri də qan verir. Bu o deməkdir ki, Azərbaycanda heç bir dini ayrı-seçkilik yoxdur.
 
Ednews xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalsitlərə açıqlamasında deyib.
 
"Özlərini din adamları adlandıran bir qrup şəxs Azərbaycanın Londondakı səfirliyinə vandalizm hərəkətləri edib. Bu, xalqımıza qarşı hörmətsizlikdir. Bu gün bayrağı təhqir etmək xalqı təhqir etmək qədərdir. Bu xalq cavabını verməlidir. Bu gün mənimlə bərabər olan dini konfessiyaların nümayəndələri gecə ilə mənə zəng edib narazılıqlarını bildirdilər. Biz də səfirliklərə bəyanatlar göndərdik. İnanıram ki, gələcəkdə bu törətdikləri insidentə görə cəzalandırılacaqlar", - o bildirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...