Müəllimlərin vakansiya seçimindəki problemin SƏBƏBİ - RƏSMİ - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Müəllimlərin vakansiya seçimindəki problemin SƏBƏBİ - RƏSMİ

Cəmiyyət A- A A+
Müəllimlərin işə qəbulu ilə bağlı elektron vakansiya seçimi prosesində qeydə alınan problem gündəlik olaraq gecə saatlarında serverlərdə ehtiyat nüsxələrin alınması ilə bağlı olub. 
 
Bu barədə Elm və Təhsil Nazirliyindən Ednews-a bildirilib ki, avqustun 4-dən başlanılan vakansiya seçiminin 8 avqust saat 11:00-da yekunlaşması ilə əlaqədar namizədlərin həmin gün saat 00:00-dan sonra miq.edu.az saytında daha aktiv olması və serverlərdə müvafiq işlərin aparılması sistemdə yüklənməyə səbəb olub: 
 
"Yüklənmə nəticəsində yaranan problem saat 02:41-də aradan qaldırılıb. Vətəndaşların müraciətlərində heç bir dəyişiklik faktı qeydə alınmayıb. 
 
Bununla yanaşı, vakansiya seçimi prosesi üçün namizədlərə əlavə 3 saat vaxt verilib. Seçim prosesi bu gün saat 14:00-da başa çatacaq".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...