Kirayəyə verilən mənzillərlə bağlı YENİLİK - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Kirayəyə verilən mənzillərlə bağlı YENİLİK

Cəmiyyət A- A A+
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 840 borcalana 2 milyard 234,424 milyon manat kredit verib.
 
Ednews xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
 
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 312,411 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 914 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib. 
 
Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
 
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...