Xaçmazda 20 kq narkotik vasitə dövriyyədən çıxarıldı - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Xaçmazda 20 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Cəmiyyət A- A A+
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Ednews-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.
 
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Allahquliyevin barəsində həbs qətimkan tədbiri seçilib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...