Polisin tələbinə əməl etməyən sürücü həbs olundu - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Polisin tələbinə əməl etməyən sürücü həbs olundu

Cəmiyyət A- A A+

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşınının sürücüsü həbs edilib.

Bu barədə Ednews-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə stasionar postda yol polisinin “Saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib.

DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...