Bakının Binəqədi rayonunda piyadalar sürücünü döyüb.
Ednews xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsi ərazisində baş verib.
1994-cü il təvəllüdlü Quluzadə Elgün Əvəz oğlu və atası, 1968-ci il təvəllüdlü Əvəz Quluzadə yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub.
Xəsarət alan şəxslər avtomobil sürücüsü ilə əlbəyaxa dava ediblər. Apa.az-ın məlumatına görə, piyadaların hər ikisi müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.