Ötən gün 32 yanğın olub, 5 nəfər xilas edilib - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Ötən gün 32 yanğın olub, 5 nəfər xilas edilib

Cəmiyyət A- A A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Ednews-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla beş nəfər, o cümlədən paytaxtın Sabunçu rayonunda mobil rabitə operatorun qülləsinə çıxaraq intihara cəhd edən bir nəfər və Masallı rayonunun Öncəqala kəndində su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalmış bir nəfər azyaşlı xilas edilib.

Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...