Bakı-Quba yolunda avtomobildə qıcolma keçirən körpənin köməyinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının əməkdaşları (Saray postu) çatıblar.
Ednews Oxu.az-ın “Telegram” kanalına istinadən xəbər verir ki, azyaşlının qəfildən vəziyyəti pisləşib. Valideynləri yaxınlıqda xidmət aparan YPX əməkdaşlarına müraciət ediblər.
Mövcud vəziyyətin çətinliyini görə polis inspektorları uşağı dərhal patrul avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyati təhlükəsi aradan qalxıb.