Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Bu barədə Ednews-a DİM-dən məlumat verilib.
Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir.