Şabran rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1990-cı il təvəllüdlü Sultanov Sənan Sultan oğlu və 2010-cu il təvəllüdlü Həmidova Leyla Mehəddin qızı xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Hadisənin təfərrüatı araşdırılır.