"Ötən sutka ərzində bu qədər yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib" - FHN - ednews.net

6 Oktyabr, Cümə axşamı

(+994 50) 229-39-11

"Ötən sutka ərzində bu qədər yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib" - FHN

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
 
Nazirliyin mətbuat xidmətindən Ednews-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla yeddi nəfər, o cümlədən paytaxtın Xəzər rayonunda “ВАЗ” və "Nissan" markalı iki minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib, yanğın zamanı 30 bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...