“Çalışırıq ki, mediadakı kriminal xarakterli məlumatlara dərhal reaksiya verək” - BAŞ PROKUROR - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Çalışırıq ki, mediadakı kriminal xarakterli məlumatlara dərhal reaksiya verək” - BAŞ PROKUROR

Cəmiyyət A- A A+
“Azərbaycan media sahəsində bütün beynəlxalq konvensiyalara qoşulub. Deyə bilərik ki, Azərbaycanda medianın, KİV-lərin inkişafı üçün bütün zəruri şərait yaradılıb. Müasir media demək olar ki, artıq formalaşıb. Medianın cəmiyyətdə rolu doğrudan da böyükdür. Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət yetirir, medianın gündəlik fəaliyyəti ilə maraqlanır”.
 
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "Media azadlığı və sosial sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması" mövzusunda keçirilən konfransda söyləyib.
 
Baş prokuror qeyd edib ki, müasir şəraitdə medianın inkişafı olmadan cəmiyyətin inkişafı mümkün ola bilməz:
 
“Medianı klassik olaraq hakimiyyətin dördüncü qolu adlandırmışıq. Müşahidələr onu göstərir ki, bu, yalnız sözdə belə deyil. Azərbaycanda media demək olar ki, artıq dördüncü hakimiyyətdir”.
“Son vaxtlar mətbuatda gedən cinayət faktları ilə bağlı məlumatları diqqətlə izləyirik. Bu bizim gündəlik fəaliyyət istiqamətlərimizdən biridir. Çalışırıq ki, orada gedən kriminal xarakterli məlumatlara dərhal reaksiya verək və qanunla nəzərdə tutulmuş tədbirlər görək”, deyə o, qeyd edib.
 
Bildirib ki, Vətən müharibəsi dövründə jurnalistlərimiz, media nümayəndələrimiz qəhrəmancasına fəaliyyət göstəriblər:
 
“Həm birbaşa cəbhə bölgəsində, döyüşlər gedən bölgədə olur, cəmiyyəti məlumatlandırırdılar, həm də ölkəmizdə baş verən bütün hadisələr, Azərbaycanın ədalətli mövqeyi barədə məlumatları beynəlxalq ictimaiyyətə, bütün dünyaya çatdırırdılar. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan jurnalistikasının səyləri nəticəsində biz artıq əvvəlki illərdən fərqli olaraq, informasiya blokadasını dəf etdik. Azərbaycan artıq öz həqiqətləri, Qarabağ ətrafında gedən bütün proseslərlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...