Aralıq dənizinin kənarında yerləşən - Türk rivierasının ürəyi - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Aralıq dənizinin kənarında yerləşən - Türk rivierasının ürəyi

Cəmiyyət A- A A+
Şərqdə Antalyadan, qərbdən Muğlaya qədər uzananfiruzəyi rəngli Aralıq dənizinin kənarında yerləşən Türk Rivierası Türkiyənin ən məşhur istirahətyerlərindən biridir.
Qədim şəhərlər, saraylar, limanlar, məbədlər və bir çoxbaşqa yerləri görə biləcəyiniz bu yamyaşıl bölgəninparlaq günəşi və nəfəs kəsən mavi dənizi sizdəunudulmaz təəssürat yaradacaq.
 
Ednews "yenigundem.az"-a istinadən xəbər verir ki, Aralıq dənizi sahillərində yerləşən şəhərlər arasında üçşəhər öz gözəllikləri ilə seçilir. Bu yerlər turistlərin yay tətili üçün ən çox üstünlük verdiyi istirahət yerlərisırasındadır.
 
Bu şəhərlər sahil boyu dəbdəbəli kurortlar, otellər, hündürmərtəbəli binalar və düşərgə sahələri kimimüxtəlif yaşayış infrastrukturlara malik olması ilə dədiqqət çəkir.
 
Kaputaş çimərliyi
 
Antalyanın ucqar qərbində, Kaş və Kalkanqəsəbələrinin yaxınlığında yerləşən Kaputaş çimərliyiillərdir bir çox turistin marşrutunda yer alaraq həmyerli əhalinin, həm də ziyarətçilərin sevimli istirahətməkanıdır.
 
Kaputaş çimərliyi kütləvi turizm zonası və böyükkurort otellərinə malik olmasa da ən məşhur turistikyerlərdən biridir.
 
Kekova
 
Kekova Antalya bölgəsinin Demre rayonuyaxınlığında, Kaleköy və Uçağız sahillərində yerləşənkiçik qayalıq bir adadır.
 
Adanın tarixi adı Doliçestdir. Kekova adasının şimalsahilində əksəriyyəti dənizin altında qalan şəhərinxarabalıqlarını görə bilərsiniz. Kekova adası qayıqgəzintilərinin əsas dayanacaqlarından biridir. Adanınqarşı tərəfində Uçağız və Kaleköy qəsəbələri yerləşir.Kekovanın qərb hissəsində, Tersane adlanan yerdəköhnə bir kilsənin qalıqları var. Yaşayış olmayanadanın bir hissəsində qayıqla getmək mümkün olanhostellər və kafelər yerləşir.
 
Side
 
Side Türkiyənin ən məşhur qədim şəhərlərindənbiridir. Antalyanın Manavqat bölgəsində yerləşən Side tarixi abidələri və şəffaf dəniz suları ilə yerli və xaricituristləri özünə cəlb edir.
 
Qədim Pamfiliya bölgəsinin mühüm limanşəhərlərindən biri sayılan Side eramızdan əvvəl 7-ci əsrdə Roma dövründə mədəniyyət, elm və yepiskopluqmərkəzlərindən biri olmuşdur.
 
Side şəhərindəki tarixi yerlər arasında Apollon vəAfina məbədləri, Selqe xarabalıqları və müxtəlif qədimteatrlar keçmişə səyahət hissi oyadan tarixin izlərinihələ də qoruyub saxlayır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...