Egey dənizində miqrantları daşıyan qayıq batıb.
Ednews “usnews”a istinadən xəbər verir ki, Yunanıstan sahil mühafizəsi 29 nəfəri xilas etsə də, onlarla miqrant itkin düşüb.
Sahil mühafizəsinin sözçüsü Nikos Kokkalasın sözlərinə görə, xilas edilən miqrantlar qayığın Türkiyənin Antalya şəhərindən İtaliyaya doğru yola düşdüyünü və içərisində 60-80 nəfərin olduğunu bildirib.
O, dövlət televiziyasına bildirib ki, qayıq Egey dənizinin cənubundakı Karpatos adasında batıb.
Adının açıqlanmasını istəməyən başqa bir sahil təhlükəsizlik rəsmisi xilas edilən miqrantların əfqan, iranlı və iraqlı olduğunu bildirib.