Ötən gün 77 yanğın olub, 4 nəfər xilas edilib - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ötən gün 77 yanğın olub, 4 nəfər xilas edilib

Cəmiyyət A- A A+
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 
 
Ednews FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 77 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
 
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin Bakı şəhərinin Sabunçu rayonunda 1960-cı il təvəllüdlü Nəzirov Əbülfət Ayaz oğlunun meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...