Mingəçevirdə vətəndaşların sualları yerindəcə cavablandırıldı - FOTOLAR - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Mingəçevirdə vətəndaşların sualları yerindəcə cavablandırıldı - FOTOLAR

Cəmiyyət A- A A+

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Mingəçevir şəhərində təşkil olunub. Ednews xəbər verir ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi Azay Muxtarov “Səyyar qəbul otağı”nın keçirilməsində əsas məqsədin vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin həllinə dəstək verməkdən ibarət olduğunu bildirərək, vətəndaşları onları narahat edən məsələləri açıq şəkildə səsləndirməyə çağırıb. Sakinlər görüş zamanı işə qəbul, fərdi yaşayış evinin qazlaşdırılması, qapı keçidinin quraşdırılması ilə bağlı müraciət ediblər. Vətəndaşların problem və təkliflərini dinləmək üçün Birliyin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri də görüşdə iştirak ediblər. Ünvanlanan müraciətlər qurum rəsmiləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...