Bu ilin 6 ayında qeydə alınan doğum və ölüm sayları açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu ilin birinci yarısında ölkədə 32589 ölüm halı qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,5-dən 6,5-ə düşüb.