Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib.
Ednews xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.
Hazırda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat Xidməti Apa.az-a faktı təsdiqləyib.
Bildirilib ki, araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.