Konqresmenlərə “TikTok” xəbərdarlığı - ednews.net

25 Sentyabr,

(+994 50) 229-39-11

Konqresmenlərə “TikTok” xəbərdarlığı

Cəmiyyət A- A A+

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri kibertəhlükəsizlik üzrə ekspertlərdən "TikTok" sosial şəbəkəsindəki təhlükəsizlik və məxfilik problemləri ilə əlaqədar xəbərdarlıq alıblar.

Ednews xəbər verir ki, konqresmenlərə bildirilib ki, Kibertəhlükəsizlik Təşkilatı şəffaflıq və istifadəçi məxfiliyinin qorunması ilə bağlı problemlərə görə Çin sosial şəbəkəsiı "TikTok"u təhlükəli və arzuolunmaz proqram hesab edir.

"Təhlükəsizlik və məxfilik baxımından bu proqramın quraşdırılmasını və istifadəsini tövsiyə etmirik", - Palata üzvlərinə göndərilən məktubda deyilir.

Qeyd edək ki, ABŞ-da sosial şəbəkənin işini məhdudlaşdırmaq təşəbbüsünü dəstəkləyən bir çox qanunvericilər seçki kampaniyası zamanı gənc seçicilərə təsir etmək üçün özləri "TikTok"dan istifadə etməyə başlayıblar.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...