Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş etdi - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıda plandankənar eniş etdi

Cəmiyyət A- A A+

"Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib. 

Bu barədə Ednews-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub. Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib. 
Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...