Bakıda doğulan beşəmlərin vəziyyəti açıqlanıb - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Bakıda doğulan beşəmlərin vəziyyəti açıqlanıb

Cəmiyyət A- A A+
“Dünən dünyaya gələn beşəmlərin vəziyyəti normaldır. Uşaqlar hazırda müşahidə altındadır ana isə evə buraxılıb”. Ednews xəbər verir ki, bunu APA-ya açıqlamasında ginekoloq həkim Sevinc Qarayeva bildirib. O qeyd edib ki, ana 33 həftəlik hamiləlik diaqnozu ilə keysəriyyə əməliyyatı edilib. Əməliyyat 20 dəqiqə çəkib: “Qanama və digər problemlərlə üzləşmədik. Körpələr 4 oğlan, bir qız olmaqla çəkiləri 1 kq 100 qramla 1 kq 800 qram arasındadır. Yenidoğulmuşların inkişafı və səhhəti ilə bağlı hər şey norma daxilindədir. Əməliyyat İcbari Tibbi Sığorta çərçivəsində özəl klinikalardan birində həyata keçirilib”. Ginekoloq əlavə edib ki, yenidoğulmuşlar Elmi Tədqiqat Pediatriya İnstitutunda müşahidə altındadır: "Körpələrdən 3-ü adi tənəffüsdədir, ikisinin isə tənəffüsü dəstəklənir. Ümumilikdə uşaqların vəziyyəti normaldır”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...