Bu gün Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews-un APA-ya istinadən xəbərinə görə, hadisə Şabran-Çuxurəzəmi yolunda qeydə alınıb.
Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.