Siyəzəndə minik və yük maşını toqquşub - ata ölüb, ana və övladı xəsarət alıb - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Siyəzəndə minik və yük maşını toqquşub - ata ölüb, ana və övladı xəsarət alıb

Cəmiyyət A- A A+

Bu gün Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ednews-un APA-ya istinadən xəbərinə görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mersedes" markalı minik maşını yük maşını ilə toqquşub. Qəza nəticəsində "Mersedes" markalı minik maşınının sürücüsü dünyasını dəyişib, sürücünün həyat yoldaşı və oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar ilkin tibbi yardımdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...