Azərbaycan İslamiadada 58 medalla 4-cü pillədə qərarlaşıb - ednews.net

8 Oktyabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan İslamiadada 58 medalla 4-cü pillədə qərarlaşıb

Cəmiyyət A- A A+
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 10-cu yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 58-ə yüksəlib.
 
Ednews xəbər verir ki, medallardan 18-i qızıl, 22-i gümüş, 18-i bürünc əyarlıdır.
 
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədə qərarlaşıb.
 
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 209 (79 qızıl, 73 gümüş, 57 bürünc), İran 94 (32 qızıl, 24 gümüş, 38 bürünc) və Özbəkistan 86 (27 qızıl, 24 gümüş, 35 bürünc) medalla qərarlaşıb.
 
İndiyədək ümumilikdə 56 ölkədən 42-si medal qazana bilib.
 
Qeyd edək ki, Azərbaycan yığması medallarını 11 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), aerobika (2 qızıl, 3 gümüş), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), qılıncoynatma (1 gümüş, 2 bürünc), həndbol (1 gümüş), üzgüçülük (1 gümüş) ağırlıqqaldırma (3 bürünc) və para-oxatmada (2 bürünc) əldə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...