Şamaxıda avtomobil aşdı - Ölən və yaralananlar var - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Şamaxıda avtomobil aşdı - Ölən və yaralananlar var

Cəmiyyət A- A A+
Şamaxı rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.
 
Ednews xəbər verir ki, hadisə avqustun 14-ü saat 22:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Acıdərə kəndi ərazisindən keçən 108-ci kilometrində qeydə alınıb.
 
Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Nəbiyev Nazim Murquz oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasiətsi aşıb.
 
Nəticədə avtomobildə olan sərnişin paytaxt sakini, 1981-ci il təvəllüdlü Abdullayev Rauf Ramiz oğlu hadisə yerində ölüb. Digər sərnişinlər, Bakı şəhər sakinləri - 1982-ci il təvəllüdlü Abdullayeva Pərvanə İsgəndər qızı və 1973-cü il təvəllüdlü Yusifova Könül Abasqulu qızı bədən xəsarətləri alıblar. Report.az-ın məlumatına görə, faktla bağlı araşdırma aparılır.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...