"Azərbaycan Sənaye Korporasiyası"na məxsus 5 şirkət birləşdirildi - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

"Azərbaycan Sənaye Korporasiyası"na məxsus 5 şirkət birləşdirildi

Cəmiyyət A- A A+
"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Xidmət”, “ASK İnşaat”, "ASK Turizm", "ASK Şəki Kərpic", "ASK Poliqrafiya" MMC-lər birləşdirilib. 
 
Ednews bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir. 
 
Məlumata görə, həmin şirkətlər bundan sonra "ASK Xidmət"in adı altında fəaliyyət göstərəcəklər. Odur ki, həmin şirkət yenidən təşkil olunacaq. 
 
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...