48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

48 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-iyul aylarında 48243 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 
 
Bu barədə Ednews-a Nazirlikdən məlumat verilib.  
 
Bildirilir ki, onlardan 17640 şəxs münasib işlərlə təmin edilib, 6157 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. 
 
Həmçinin, Agentlik tərəfindən bu müddət ərzində 2062 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb. 
 
7 ay ərzində 22384 şəxs isə peşəyönümü tədbirlərə cəlb olunub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...