Eyvandan yıxılaraq dünyasını dəyişən aktyor Süreyya Gürsel Evrenin ölümünün təfərrüatları bəlli olub.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor infarkt keçirdiyi üçün şüurunu itirib və eyvandan yıxılaraq vəfat edib.
Evren dünən günorta saatlarında dəfn edilib.
Qeyd edək ki, S.Gürsel sonuncu dəfə "Masumlar apartmanı" serialında rol alıb.