ABŞ Prezidenti Co Baydenin administrasiyası Əfqanıstan Mərkəzi Bankının ABŞ-da saxlanılan, təxminən, 7 milyard dollarlıq aktivlərini qaytarmamaq qərarına gəlib və bu məsələ ilə bağlı “Taliban”la danışıqları dayandırıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahiri öldürüldükdən sonra ABŞ bu məsələ ilə bağlı danışıqları dayandırıb.
Bundan başqa, ABŞ tərəfi Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək üçün vəsaitin bir hissəsinin yardım və digər əməliyyatlar üçün istifadəsini istisna edib.