Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə Qaradağ rayonunda, Bakı Gəmiqayırma zavoduna 1 km məsafədə qeydə alınıb.
Belə ki, minik avtomobili yolun kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.