Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olundu - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olundu

Cəmiyyət A- A A+
Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.  
 
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
 
Bildirilir ki, hazırda rayonun Zöhrəmli kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.  
 
Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.  


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...