Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Ednews-a "Azərsu"dan bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində qəza baş verməsidir.Bildirilib ki, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir.
Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.