Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, rayonun Qarqucaq kəndində iki minik avtomobili toqquşub.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Məmmədli Rahim Göyüş oğlu, 1998-ci il təvəllüdlü Orucov Məqsəd Mübariz oğlu və 1998-ci il təvəllüdlü Kərimov Nurlan Müqədim oğlu xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.