Qaxda 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alıb.
Ednews xəbər verir ki, axşam saatlarında Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 61 yaşlı Elsevər Saat oğlu Saatov yuxarı ətrafın yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı E.Saatovun yaşadığı ünvanda bədbəxt hadisə nəticəsində yanıq xəsarəti aldığı məlum olub.