Sabunçu və Suraxanı rayon sakinlərinin nəzərinə! - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Sabunçu və Suraxanı rayon sakinlərinin nəzərinə!

Cəmiyyət A- A A+
“Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah-Qaradağ” Magistaral Qaz Kəmərində aşkar olunmuş qaz sızmasının və kipgəcli olan hissələrin ləğvi, həmçinin kəmərin 14-29-cu km-lər arası hissəsinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar, 18.08.2022-ci il tarixdə saat 08:00-dan işlər başa çatanadək Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. 
Ednews xəbər verir ki, Sabunçu rayonunun Nizami küçəsinin, Daş Karxanasının, Maştağa qəsəbəsinin Albalılıq bağ massivinin, və Savalan, Zabrat, II Zabrat (bir hissəsi) və Balaxanı qəsəbələrinin, Ramanı Südçülük sovxozunun, həmçinin Suraxanı rayonunun Yeni Suraxanı və Bülbülə qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Abonentlərdən texniki təhlükəsizlik qaydalarına riayət etməyi, qaz cihazlarını nəzarətdə saxlamağı xahiş edirik. Müvəqqəti narahatlığa görə üzr istəyirik.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...