Sumqayıt sakininin öldürülməsi ilə bağlı cinayət işi açıldı - ednews.net

4 Oktyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Sumqayıt sakininin öldürülməsi ilə bağlı cinayət işi açıldı

Cəmiyyət A- A A+
Sumqayıt sakininin öldürülməsi ilə bağlı cinayət işi açılıb.
 
Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Sumqayıt şəhər prokurorluğu yayıb.
 
Aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
İş üzrə istintaq davam edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...