Bakı şəhərində 16 yaşlı qız itkin düşüb.
Ednews xəbər verir ki, hadisə avqustun 16-da paytaxtın Nərimanov rayonu, Montin qəsəbəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Əliyeva Xədicə Elnur qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Report.az-ın məlumatına görə, faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.