Araz çayında boğulanların şəxsiyyəti müəyyən edilib.
Ednews APA-ya istinadən xəbər verir ki, saat 18.45 radələrində Saatlı rayon Qıraqlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Aslanov Süphan Nərçi oğlu və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Aslanov Əkrəm Taleh oğlu balıq tutarkən çayda boğulublar.
***
21:00
Saatlıda 2 nəfər Araz çayında boğulub.
Ednews APA-ya istinadən xəbər verir ki, hadisə Araz çayında baş verib.
Çayda balıq tutan 2 nəfər suda boğulub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə xidmətinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları və boğulanların şəxsiyyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.