“Son 3 gündə 300 hektara yaxın sahə yanıb. Bu ərazinin nə qədərinin meşə sahəsi olması hələ məlum deyil. Çünki indi yanğının tam söndürülməsi işləri gedir”.
Ednews xəbər verir ki, bu sözləri Bizim.Media-ya Siyəzən İH başçısı Novruz Novruzov deyib.
Rayon rəhbəri vurğulayıb ki, FHN-nin müvafiq qurumları yerli əhali və xidmət təşkilatları ilə birgə yanğının söndürülməsi üçün çalışırlar.