Məşhur sosial şəbəkədə təklif olunan oyunlar istifadəçilərin şəxsi məlumatlarını oğurlayır.
Ednews xəbər verir ki, bu barədə jurnalist və texno blogger Fərid Pərdəşünas şəxsi "facebook" hesabında paylaşım edib.
Blogger bildirib ki, "facebook" sosial şəbəkəsində istifadəçilərə təklif olunan sorğular vasitəçi tətbiqlərin şəxsin məlumatlarını götürmək üçündür.
"Dostlar, facebookda paylaşdığınız "hansı iş mənə uyğundur", "5il sonra vəziyyətim" kimi sorğular vasitəçi tətbiqlərin sizin məlumatları götürməsi üçündür. Belə sorğuları paylaşıb sonra "teklam targetinə düşdüm", "məlumatlarım hara getdi?" kimi şikayətlər etməyin".