“Bolt” və “Uber” şirkətlərinin özbaşınalığının qarşısı alınmalıdır Nəqliyyat eksperti

Cəmiyyət 17:30 22.08.2022
“Bolt” və “Uber” ökəmizdə ən çox istifadə olunan taksi xidməti şirkətləri olsa da, istər müştərilərin, istərsə də orada çalışan sürücülərin zaman-zaman narazılıqlarını eşidirik. Sürücülər sahibkar tərəfindən istismar olunduqlarını iddia edərkən müştərilər də xidmət keyfiyyətinin aşağı olmasından  şikayət edir.
 
Müştərilər iddia edir ki, əksər hallarda həmin sürücülər şəhəri tanımırlar, kondisioneri yandırmaq, yaxud musiqinin səsini azaltmaq xahişləri az qala aqressiya ilə qarşılanır, avtomobili idarə edərkən votsapla yazışırlar, maşını təmiz saxlamırlar, yol qaydalarına məhəl qoymurlar və ən acınacaqlı məqam, bəzi hallarda sürücü konkret olaraq hansısa narkotik vasitəsinin təsiri altında olur. 
 
Bəs onlar sürücü kimi işə necə qəbul olunurlar? 
 
Təkliflərdən biri də budur ki, əvvəllər olduğu kimi taksoparkda marşruta çıxanlar yoxlanılsın, maşınların təmizliyinə və texniki vəziyətinə nəzarət edilsin, sürücülər şəhəri tanımaq üzrə imtahan versinlər və s. Eyni zamanda, sürücülərin hüquqları qorunsun, onların istirahət günləri müəyyən edilsin. Çünki ölkədə baş verən bir çox yol qəzalarının səbəbi də məhz sürücülərin yorğun olmasıdır.  
 
Mövzu ilə bağlı Ednews-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda kifayət qədər nüfuzlu, öz işinə məsuliyyətlə və ciddi yanaşan taksi şirkətləri var. 
 
“Lakin Bolt” və “Uber” Azərbaycana daxil olandan sonra onların bir çoxu müflis oldu, bir çoxu məcburən fəaliyyətini dayandırdı. Onlar baha olsa da, keyfiyyətli fəaliyyət göstərirdilər. Bu gün “189” taksi xidməti normal sürücülərlə əməkdaşlıq edir. Ondan istifadə edən sərnişinlərin əksər hallarda narazılığı olmur, çünki ekonom klass, orta sinif, VİP avtomobillər təqdim olunur və müştərilər ona uyğun seçim edirlər. Sürücü qeyd olunan əraziyə vaxtında çatır, sürücülər sərnişinlərlə əlbəyaxa olmur”.
 
 
Ekspertin sözlərinə görə, sürücünü qıcıqlandıran məqam qiymətlərin ucuz olmasıdır.
 
“Sürücü sərnişini götürmək üçün təyin olunan əraziyə maşın sürəndə artıq bilir ki, ona 3 manat 20 qəpik pul veriləcək. Sifarişi yerinə yetirərkən sürücü də sərnişin də narahat olur. “Bolt” və “Uber” şirkəti Azərbaycana daxil olandan xaos yaradıblar. Göstərdikləri xidmətin qiymətini nə qədər ucuzlaşdırsalar da bunun cəmiyyətimizə heç bir faydası yoxdur, istifadə edən də narazıdır, sürücü də.
 
Xidmət belə təşkil edilməməlidir. Düşünürəm ki, bu sahədə artıq nizam-intizam yaradılmalıdır. Sürücülərin iş və istirahət rejimləri olmalıdır. Onlar işə götürülərkən narkotester və alkotesterdən keçirilməli, sağlamlıq arayışı, psixoloji vəziyyəti haqında sənədlər təqdim olumalı və bunlar etibarlı tibb məntəqələri tərəfindən verilməlidir. İndi poliklinikalar 50 manata arayış satır. Bu halda isə  heç bir nəticə əldə olunmayacaq”. 
 
E. Muradlı qeyd edib ki, taksi fəaliyyəti geniş və spesifik bir sahə olmaqla xüsusi yanaşma tələb edir. 
 
“Ölkədə taksi parkları azdır. Parkı olanlar da məcburən “Uber” və “Bolt”un təsiri altındadır və onlarla işləmək məcburiyyətindədir. Müştərilər bəzən “189”a da qoşulurlar. Elə insanlar var ki, deyingən sürücü istəmir, yaxşı pul verir, yaxşı da sürücü tələb edir, keyfiyyətli, komfortlu maşın tələb edir. Demirəm ki, indiki qiymətlər fantastik dərəcədə artmalıdır.
 
Amma nəzərə almaq lazımdır ki, bu gün yanacağın, ərzaq məhsullarının, ehtiyat hissələrinin və ümumiyyətlə hər şeyin qiyməti bahalaşır, amma taksinin qiyməti ucuzlaşır. Açıq-aşkar görürük ki, burda süni ucuzlaşma prosesi gedir. Bunu da “Bolt” və “Uber” edir. Bu şirkətlər Azərbaycanda özbaşınalıqla məşğul olur, bunun qarşısı alınmalıdır”.
 
Gülnar Səlimova 
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Hamısı