Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Bakıda 6 avtomobil toqquşub, xəsarət alanlar var - FOTOLAR

Cəmiyyət A- A A+

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

Ednews APA-ya istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

“Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb.

Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.

Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.

Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya çatdırılıb.

1

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...