Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews-un Bizim mediadan aldığı məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb.
Hadisə zamanı 1993-cü il təvəllüdlü Əli Abbaslı, 1964-cü il təvəllüdlü İlqar Abdullayev və 1977-ci il təvəllüdlü Fəxrəddin Qələndərov müxtəlif dərəcəli xəsarətllərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.